Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli görüş başlayıb

Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli görüş başlayıb
29.01.2025 13:39
Aa
dəq

Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşü keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

Qeyd edilib ki, iclasın gündəliyi xarici siyasət məsələləri və regional əməkdaşlıq, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də əlaqəni inkişaf etdirməklə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsinə yönəlib.

***

Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüş başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iclasda hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edirlər.

Həftənin ən çox oxunanları