Əsas məzmuna keç

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib

Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan...

Ağdamda partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, dekabrın 5-də rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı - 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə agentlikdən bildirilib.

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ dizdən aşağı nahiyədən amputasiya edilib.

Vəziyyəti qənaətbəxşdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…