ANAMA işçilərinin sayı 1400-ə çatdırılıb

ANAMA işçilərinin sayı 1400-ə çatdırılıb
28.11.2023 10:45
Aa
dəq

“300 nəfər şəxsi heyətlə başlayan ANAMA-nın artıq 1400 işçisi var”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, mina bizim üçün başlıca problemdir.

“Məcburi köçkünlərin ərazilərinə qayıtmasına böyük əngəldir. Ancaq Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsini özünə prioritet götürüb. Minatəmizləmə fəaliyyəti quruculu-bərpa işlərinə birbaşa təsir edən amildir. Ərazidə minatəmizləyənlər üçün də təhlükəsizlik üçün vacib məsələdir".

Rüfət Məmmədov vurğulayıb ki, ANAMA-ya kifayət qədər böyük investisiyalar qoyulub.

“Biz Agentliyin potensialı 20 dəfə artırmışıq. 300 nəfər şəxsi heyətlə başlayan qurumun artıq 1400 işçisi var. Gələn il də işçilərin sayının artırılması gözlənilir. Müdafiə Nazirliyi, Sərhəd qoşunları da minatəmizləmə ilə bağlı təlimatlandırılıb”.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu