ABŞ-ın Alyaska ştatı sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Nikolski bölgəsindən 168 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Yerin təxminən 41 kilometr dərinliyində qeydə alınan 6,0 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Zəlzələdə can və mal itkisi qeydə alınmayıb.