Operativ Məlumat Mərkəzi

Almatıda TDT-yə üzv dövlətlərin nümayəndələri COP29 çərçivəsində təşəbbüsləri müzakirə ediblər

1 dəq
Paylaş:
Almatıda TDT-yə üzv dövlətlərin nümayəndələri COP29 çərçivəsində təşəbbüsləri müzakirə ediblər
bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”...

Almatıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin gələcək qeyri-rəsmi sammitinin gündəliyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası (COP29) çərçivəsində birgə tədbirlər üzv ölkələrin prezidentlərinin diplomatik müşavirlərinin (köməkçilərinin) ikinci görüşü zamanı müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz Təşkilat çərçivəsində tərəfdaşlığımızı və əməkdaşlığımızı nəzərdən keçirdik. Şuşada keçiriləcək qeyri-rəsmi sammitin gündəliyini, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlərimizi və təşəbbüslərimizi müzakirə etdik”, - paylaşımda qeyd edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər