Operativ Məlumat Mərkəzi

Almaniyada İsrailə silah ixracının dayandırılması üçün məhkəməyə müraciət edilib

2 dəq
Paylaş:
Almaniyada İsrailə silah ixracının dayandırılması üçün məhkəməyə müraciət edilib
təcili müraciət İsrailə silah daşınmasının dərhal dayandırılmasını tələb edən Qəzzadakı fələstinlilər tərəfindən edilib. Mövzu ilə bağlı Berlində...

Almaniyada İsrailə silah ixracına icazə verilməsinin dayandırılması üçün Berlin İnzibati Məhkəməsinə təcili müraciət edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təcili müraciət İsrailə silah daşınmasının dərhal dayandırılmasını tələb edən Qəzzadakı fələstinlilər tərəfindən edilib.

Mövzu ilə bağlı Berlində keçirilən mətbuat konfransında danışan vəkil Ahmet Abed Qəzzadakı insanların vaxtının olmadığını, buna görə də təcili məhkəməyə müraciət etdiklərini və Almaniyanın İsrailə silah göndərişinin dayandırılmasını istədiklərini bildirib.

İsrailə göndərilən silahların soyqırım və müharibə cinayətləri kimi beynəlxalq hüquq pozuntuları üçün istifadə edildiyini iddia edən Abed, Almaniya hökumətindən həyat hüquqlarını qorumasını tələb etdiklərini bildirib.

Abed, təhlükəsizlik səbəbiylə insanların adını çəkə bilmədiyini vurğulayıb.

“Qəzzada vəziyyət fəlakətlidir. İnsanlar aclıqdan ölür".

Bu xəbəri paylaş

Oxşar xəbərlər