Operativ Məlumat Mərkəzi

Almaniyada hava şəraiti məhdudiyyətlərə səbəb olub

1 dəq
Paylaş:
Almaniyada hava şəraiti məhdudiyyətlərə səbəb olub

Almaniyanın mərkəzi, qərb və cənub-qərbində güclü qar yağması və həddindən artıq buzlanma səbəbindən bəzi reyslər həyata keçirilə bilməyib və magistral yollarda çoxlu qəzalar baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Alman Meteorologiya Şöbəsi (DWD) açıqlama verib.

DWD, Baden-Vürtemberq və Bavariya, Reynland-Pfalz, Saarland əyalətlərinin bir hissəsi, Hessen və Şimali Reyn-Vestaliya əyalətlərinin bir hissəsi üçün soyuq, güclü qar yağması və həddindən artıq buzlanma barədə xəbərdarlıq edib.

Səhər saatlarından ölkənin qərb və cənub-qərbində başlayan soyuq və yağışlı hava yolların sürüşkən olmasına səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər