Almaniyanın xarici işlər naziri Annalena Baerbok İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmanın davamlı sülhə xələl gətirdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baerbok İordan çayının qərb sahilindəki Əl-Məzrə əl-Kibliya kəndinə səfəri zamanı qeyd edib.
"Qeyri-qanuni yaşayış məskənlərinin inşası qalıcı sülhü sarsıdır və iki dövlət həllini təhlükə altına alır. Köçkünlərin zorakılığı çox vaxt insanların həyatını qeyri-mümkün edir, minlərlə insanın həyatını qeyri-mümkün edir. insanların çoxu öz torpaqlarına girə bilmir”,- deyə Baerbok bildirib.