Əsas məzmuna keç

Almaniya Ukraynaya silah tədarükünün tarixlərini açıqlayıb

Almaniya Ukraynaya silah tədarükünün tarixlərini açıqlayıb

bunu Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq deyib. Kiyevdə olan...

Silahlı Qüvvələri iyulun sonuna kimi ilə birgə layihə çərçivəsində ilk uzaqmənzilli sistemləri ala bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" ZDF telekanalına istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq deyib.

Kiyevdə olan hərbçi vurğulayıb ki, Almaniya tərəfindən maliyyələşdirilən müqavilənin imzalanma mərasimi bir gün əvvəl baş tutub.

"Biz bu təşəbbüsü mayın sonunda başladıq və bu təşəbbüs nəticəsində Ukrayna Silahlı Qüvvələri bu ayın sonunda artıq ilk uzaqmənzilli sistemlərini alacaq", - Freydinq bildirib.

Eyni zamanda o qeyd edib ki, Kiyevə ərazisində anbarlara, komanda məntəqələrinə, aerodromlara, təyyarələrə hücum edə bilən silah sistemlərinə ehtiyac var. Onun sözlərinə görə, Almaniya Ukraynanı belə silah sistemləri ilə təmin etməyə hazırdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…