Almaniyanın Rheinmetall müdafiə konserninin sədri Armin Papperger bildirib ki, Ukraynanın mərmi ehtiyacı Almaniyanın istehsal imkanlarını üstələyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bild” yazıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə ildə iki milyondan çox mərmi lazımdır, Almaniya istehsalı bu ehtiyacları ödəyə bilmir. Papperger vurğulayıb ki, Almaniyaya ehtiyatlarını doldurmaq üçün "10-15 il" lazımdır.
"Ümumilikdə, biz 2025-ci ilə qədər ildə 700 min artilleriya mərmisi istehsal etmək istəyirik", - deyə Papperger bildirib.