Operativ Məlumat Mərkəzi

Almaniya kansleri: "2024-cü il büdcəsində qənaət qərarları olacaq"

1 dəq
Paylaş:
Almaniya kansleri: "2024-cü il büdcəsində qənaət qərarları olacaq"

Almaniya kansleri Olaf Şolz gələn il ölkəsinin büdcəsində vətəndaşlar və şirkətlər üçün qənaət qərarlarının olacağını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Almaniyanın son zamanlarda COVID-19 epidemiyası, Ukraynadakı müharibənin iqtisadiyyata təsiri və artan enerji qiymətləri ilə mübarizə apardığını vurğulayan Şolz, enerji qiymətlərinin gözlənilmədən artması halında tez bir zamanda əks tədbirlər görəcəyini vəd edib.

Şolz hökumətinin 2024-cü il büdcəsini mümkün qədər tez hazırlamaq üçün parlamentlə birlikdə çalışdığını və bunun vətəndaşlar və şirkətlər üçün qənaət qərarlarını ehtiva edə biləcəyini izah edib və yarımkeçiricilər kimi vacib sektorları dəstəkləyəcəyini söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər