Allahşükür Paşazadə məscidlərə yeni təyin olunan din xadimləri ilə görüşüb

Allahşükür Paşazadə məscidlərə yeni təyin olunan din xadimləri ilə görüşüb
11.05.2023 16:56
Aa
dəq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanlarda uğur qazanaraq ibadət yerlərinə təyinat alan bir qrup din xadimi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə QMİ-dən məlumat verilib.

Din xadimlərini təbrik edən Şeyxülislam həzrətləri onlara xoş arzularını və xeyir-dualarını çatdırıb. Ölkədəki din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən QMİ sədri yeni təyin edilən din xadimlərinin bu əlaqələrin inkişafına, vəhdətimizin möhkəmlənməsinə öz töhfələrini verəcəyinə inandığını bildirib.

Şeyxülislam dini, milli-mənəvi dəyərlərimizin qorunması, İslamın doğru-düzgün təbliği, xüsusi ilə gənclər arasında maarifləndirmənin və xarici qüvvələrin radikal meylərinin qarşısının alınması sahəsində bu gün din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Dini mərkəz olaraq QMİ-nin verdiyi fətvaların, moizə və xütbələrin icrası ilə bağlı tövsiyələrini çatdırıb.

Sonda din xadimlərinə Qurani-Kərim və QMİ-nin fəaliyyətindən bəhs edən kitablar hədiyyə olunub.

Həftənin ən çox oxunanları

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu