Ali Məhkəmədə Tacikistanın nümayəndə heyəti ilə görüş keçirilib

Ali Məhkəmədə Tacikistanın nümayəndə heyəti ilə görüş keçirilib
22.08.2023 16:25
Aa
dəq

Avqustun 22-də Tacikistan Ali Məhkəməsi sədrinin 1-ci müavini Amirxon İşoqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Ali Məhkəməsində olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə  Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov qonaqları salamlamaqdan məmnunluğunu ifadə edib. Görüşdə qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın Ali Məhkəməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır, rəqəmsallaşma və süni intellektin məhkəmə sisteminə inteqrasiyası istiqamətində fəal işlər aparır.

Nümayəndə heyətinin rəhbəri Amirxon İşoqi isə öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Bildirilib ki, Azərbaycan və Tacikistan arasında digər istiqamətlərdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq uğurla inkişaf edir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu