Ali Məhkəmə hüquqşünaslara müraciət edib

Ali Məhkəmə hüquqşünaslara müraciət edib
22.09.2023 14:45
Aa
dəq

Noyabrın 1-də Ali Məhkəmənin Elmi-Məsləhət Şurasının növbəti iclası keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Ali Məhkəmədən məlumat verilib.

İclasda "Cinayət mühakimə icraatında sahələrarası preyudisiya, mülki işlər üzrə icraatda çıxarılmış məhkəmə aktlarının, habelə inzibati məhkəmələrin vergi hüquqpozmalarına dair qanuni qüvvəyə minmiş qərarlarının cinayət prosesində preyudisial əhəmiyyəti, eyni bir vergi hüquqpozması ilə bağlı paralel inzibati araşdırmanın və cinayət təqibinin aparılması problemi" mövzuları üzrə müzakirələrin təşkili planlaşdırılıb.

Müzakirə ediləcək mövzuların əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-Məsləhət Şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin 18 oktyabr tarixədək advisoryboard@supremecourt.gov.az elektron ünvanına müraciət etmələri (CV əlavə olunmaqla) təklif olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-Məsləhət Şurası fəaliyyət göstərir. Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu