Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası veriləcək

2 dəq
Paylaş:
Meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası veriləcək

Əlcəzair Prezidenti Təbbun meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə göstəriş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Təbbun son vaxtlar ölkədə baş verən və 12 nəfərin ilə meşə yanğınlarının vurduğu zərərin aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə keçirilən toplantıya rəhbərlik edib.

Toplantıda mülki və hərbi sahənin yüksək vəzifəli şəxsləri iştirak edib.

Təbbun ədliyyə nazirinə sentyabrın 15-dək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini təqdim etməyi tapşırıb.

Hazırlanacaq layihə ilə meşəlik əraziləri qəsdən yandıran şəxslərə qarşı cəzaların sərtləşdirilməsi, o cümlədən ölüm cəzasının tətbiq edilməsi nəzərdə tutulur.

Məlumata görə, qanunvericilikdə nəzərdə tutulan bütün apellyasiya və məhkəmə prosesləri başa çatdıqdan sonra həmin şəxslər barəsində çıxarılan ölüm hökmü icra ediləcək.

Əlcəzair qanunvericiliyində ölüm cəzası mövcud olsa da, ölkədə 1993-cü ildən etibarən bu cəza icra olunmur.

Mövcud qanunlara əsasən, meşə yanğını törətməkdə təqsirli bilinən şəxslər üçün ən ağır cəza 30 il həbsdir. Bəzi hallarda isə ömürlük həbs cəzası tətbiq edilə bilər.

Təbbunun göstərişi ilə bu əməllərə görə cəzaların ölüm cəzasına qədər sərtləşdirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə