Operativ Məlumat Mərkəzi

Albaniya Parlamentinin sədri Azərbaycana gəlib

1 dəq
Paylaş:
Albaniya Parlamentinin sədri Azərbaycana gəlib
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, COP29...

Albaniya Parlamentinin sədri Elisa Spiropali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər