Operativ Məlumat Mərkəzi

Al Mayadeen: ABŞ İrana zərbə planlarından imtina edib

1 dəq
Paylaş:
Al Mayadeen: ABŞ İrana zərbə planlarından imtina edib
bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.Telekanalın İran mənbələrinə istinadən verdiyi məlumata görə, Vaşinqton son günlər İslam Respublikasında...

ABŞ mümkün nəticələri qiymətləndirdikdən sonra İrana zərbə endirməklə bağlı planlarını ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın İran mənbələrinə istinadən verdiyi məlumata görə, Vaşinqton son günlər İslam Respublikasında daxili vəziyyətin dəyişməsini, eləcə də hökumətin vəziyyətə tədricən nəzarəti bərpa etməsini nəzərə alıb.

Bildirilir ki, bu məlumat Tehrana Yaxın Şərqdə yerləşən, adı açıqlanmayan “dost ölkə” vasitəsilə ötürülüb.

Mənbələrin sözlərinə görə, İran özünə yönələn təhdidlərə son dərəcə ciddi yanaşır və onlara qarşı durmağa hazırdır. Bununla yanaşı, rəsmi Tehran mübahisəli vəziyyətlərin diplomatik yollarla həllini də istisna etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər