"Aksiyanın yenidən bərpa hüququnu özümüzdə saxlamaqla müvəqqəti dayandırmışıq" - AÇIQLAMA

"Aksiyanın yenidən bərpa hüququnu özümüzdə saxlamaqla müvəqqəti dayandırmışıq" - AÇIQLAMA
04.05.2023 15:44
Aa
dəq

Xəbər verdiyimiz kimi, dekabrın 12-dən başlayan və 138 gün davam edən eko-aksiya bir neçə gündür ki, müvəqqəti dayandırılıb. Aksiya yenidən başlaya bilərmi? 

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini Kamran Əliyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib ki, aksiyanın yenidən bərpa hüququnu özümüzdə saxlamaqla müvəqqəti dayandırmışıq.

“Bəyannamədə qeyd olunduğu kimi, etiraz aksiyası bizim qoyduğumuz tələblərin qismən təmin olunması səbəbilə müvvəqəti olaraq dayandırıldı. Yəni, yenidən bərpa hüqüqunu özümüzdə saxlamaqla. Qismən dedikdə bizim nəzərdə tutduğumuz bir çox məqamlar var. Bu, istər həmin ərazilərdə ekoloji istismarın və dediyimiz kimi, qızıl yataqlarının  işlənməsinin müvəqqəti dayandırılmasının elanının verilməsi idi. Daha sonra bəzi şəxslərin geri çağrılması – vəzifəsindən azad edilməsi, eyni zamanda Azərbaycan Sərhəd Qoşunları tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında - Həkəri çayı üzərində yerləşən körpüdə nəzarət-buraxılış məntəqəsinin qurulması, ərazilərdə yoxlama prosesinin dövlətimiz tərəfindən şəffaf və beynəlxalq prinsiplərə uyğun aparıldığını biz bildikdən sonra qismən tələblərimizin yerinə yetirildiyi qənaətinə gəldik. Aksiya təşkilatçıları və iştirakçıları olaraq biz bəyan etdik ki, hər hansı bu tipli və bundan öncə baş verən proseslərin baş vermə ehtimalı və ya ümumiyyətlə hər hansı zidiyyətli məqam yaranarsa, biz aksiyanın yenidən bərpası hüququnu öz üzərimizdə saxlayırıq. Aksiya keçirilən ərazi hazırda Daxili Qoşunlar və Azərbaycan polis heyətinin nəzarəti altındadır. Düşünmürəm ki, hər hansı bir problem ola bilər". 

Mədinə Useynova 

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu