Əsas məzmuna keç

Akademik Musiqili Teatr mövsümə yekun vurub

Akademik Musiqili Teatr mövsümə yekun vurub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 113-cü mövsümə “Sən elə bir zirvəsən” adlı tamaşa ilə yekun vurub. Teatrdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Dövlət Musiqili Teatrı 113-cü mövsümə “Sən elə bir zirvəsən” adlı tamaşa ilə yekun vurub.

Teatrdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, səhnə əsəri Ulu Öndər Heydər Əliyevin 100, Peşəkar Milli Teatrın 150 illiyi münasibətilə hazırlanıb.

Tamaşanın bədii rəhbəri teatrın direktoru xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.

Xatırladaq ki, Musiqili Teatrın yaradıcı heyəti bu tamaşa ilə Gəncə və Şəki şəhərlərində də qastrol səfərlərində olublar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…