A.İsmayılov: XRİTDX daha dayanıqlı rəqəmsal infrastruktur qurmaq üçün əməkdaşlığı davam etdirir

A.İsmayılov: XRİTDX daha dayanıqlı rəqəmsal infrastruktur qurmaq üçün əməkdaşlığı davam etdirir
14.05.2024 10:31
Aa
dəq

Bakı Konqres Mərkəzində Çinin “Huawei” şirkətinin “Huawei Tech Carnival & Partner Summit 2024” adlı üçgünlük tədbiri işə başlayıb. Orta Şərq və Mərkəzi Asiya regionu ölkələrinin İKT liderlərini bir araya gətirən tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.

Dövlət Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, tədbirdə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İsmayılov informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, kritik infrastrukturun mühafizəsi, məlumatların qorunması, habelə texnoloji inkişaf, rəqəmsallaşma və süni intellektin tətbiq edilməsi haqqında danışıb, bu sahədə məqsədyönlü işlər aparıldığı və bu istiqamətdə irəliləmək üçün ölkəmizdə texnologiyanın bütün potensialından istifadə etməyə yönəlmiş bir sıra təşəbbüslərin həyata keçirilməsindən bəhs edib. O deyib ki, Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə təsdiqlədiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində hazırda ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir.

Çıxışında milli kibertəhlükəsizlik problemlərinin həlli sahəsində tənzimləmə siyasətinin inkişaf etdirilməsi, texnoloji yeniliklər və potensialın artırılması kimi vacib məsələlərə də toxunan Xidmət rəisinin müavini vurğulayıb ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti daha dayanıqlı rəqəmsal infrastruktur qurmaq üçün “Huawei” və digər tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir, bu istiqamətdə səyləri daha da gücləndirəcək.

Qeyd edək ki, mayın 15-dək davam edəcək tədbir çərçivəsində müxtəlif mövzularda təqdimatlar, texniki sessiyalar, biznes forumlar, dəyirmi masalar keçiriləcək, “Huawei” şirkətinin İKT məhsulları və həlləri, o cümlədən intellektual IP və optik şəbəkə, eləcə də məlumatların saxlanması və informasiya təhlükəsizliyi ilə bağlı ən son yenilikləri nümayiş olunacaq.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu