İranda ən azı 17 yaşayış məntəqəsi ABŞ və İsrailin hava hücumlarına məruz qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Təşkilatın məlumatına görə, 17 ərazidən beşi Tehranda, üçü Əlborz əyalətində, ikisi isə Fars əyalətində yerləşir. Tələfat barədə məlumat verilməyib.