Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Klaar bu barədə Tvitter paylaşımında qeyd edib.
“Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”, - paylaşımda bildirilib.