Operativ Məlumat Mərkəzi

Aİ XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcəklər

1 dəq
Paylaş:
Aİ XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcəklər
Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi...

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mövzu ilə bağlı təqdimatla çıxış edəcək.

Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketi haqqında fikir mübadiləsi aparacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər