Əsas məzmuna keç

Aİ və Yaponiya strateji sahədə tərəfdaşlıq sazişi imzalayıb

Aİ və Yaponiya strateji sahədə tərəfdaşlıq sazişi imzalayıb

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Tokioda keçirilən...

Avropa İttifaqı (Aİ) və strateji, təhlükəsizlik və müdafiə sahəsində sazişi imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yaponiyanın naziri Takeşi İvaya və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Tokioda keçirilən mərasimdə sənəd mübadiləsi aparıblar.

İvainin sözlərinə görə, strateji tərəfdaşlıq sazişi imzalanıb.

"Biz strateji tərəfdaşlıq sazişi üzrə sənədlər mübadiləsi apardıq. O, 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək", - İvaya deyib.

Borrel qeyd edib ki, bu, tarixdə Avropa İttifaqının regiondakı bir ölkə ilə bağladığı ilk belə əməkdaşlıq proqramıdır.

O hesab edir ki, bu, Avropa və Asiya-Sakit Okean regionunda təhlükəsizliyi gücləndirəcək və demokratiya və insan hüquqlarına hörmətə əsaslanan gələcək, habelə qaydalara əsaslanan dünya nizamını qorumağa yönəldiləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…