Avropa İttifaqı Ukraynaya kömək etmək üçün mərmi istehsalını iki dəfə artıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur müsahibəsində bildirib.
Onun sözlərinə görə, indi Avropanın sənaye imkanları artıb, ona görə də, çox güman ki, ilin sonuna və ya gələn ilin əvvəlinə qədər istehsal olunan sursatın həcmini artırmaq mümkün olacaq.
Söhbət ildə 600 min mərmidən gedir. İndi 300 minə yaxın istehsal etmək mümkündür. Ukrayna indiyədək Aİ-dən 224 min sursat alıb.