ABŞ-nin Ukrayna münaqişəsini həll etmək planına baxmayaraq, Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üzərində işləməyə davam edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb.
"Brüsseldə həmçinin Avropa Komissiyasından təsdiq aldıq ki, ABŞ-nin rəhbərlik etdiyi sülh danışıqlarından asılı olmayaraq, dondurulmuş Rusiya aktivləri üzərində iş davam etdiriləcək", - məqalədə deyilir.
Daha əvvəl politoloq İvan Timofeyev bəyan etmişdi ki, ABŞ-nin Ukrayna ilə bağlı sülh planı Aİ ölkələrini narazı salacaq.