Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə təhlükəsiz gəmiçiliyi təmin etmək üçün Yəmən husilərinə qarşı hərbi əməliyyata başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" "Bild"ə istinadən xəbər verir ki, xarici işlər nazirləri artıq dəniz əməliyyatına qoşulma qərarını təsdiqləyiblər.
Bu o deməkdir ki, Avropa ölkələrinin hərbi gəmiləri ticarət gəmilərinə hücumları dəf etmək üçün Qırmızı dənizə göndəriləcək.
Gəmilərin göndərilməsi üçün razılaşma artıq Almaniya, İtaliya və Belçika tərəfindən ifadə edildi.