Operativ Məlumat Mərkəzi

Aİ-nin xüsusi nümayəndəsi: İrəvanla Bakı arasında razılıq bu il əldə oluna bilər

1 dəq
Paylaş:
Aİ-nin xüsusi nümayəndəsi: İrəvanla Bakı arasında razılıq bu il əldə oluna bilər
bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada keçirilən diplomatik forumda deyib. "Dövlət başçıları...

Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində iş bu il başa çata bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada keçirilən diplomatik forumda deyib.

"Dövlət başçıları məsuliyyəti öz üzərinə götürməli və sazişi imzalamalıdır. Uzun illər bu proses üzərində işləyən biri kimi inanıram ki, bu il buna nail olmaq olar. Uzunmüddətli sülhün bərqərar olması üçün bütün tərəflərin ədalətli qəbul edəcəyi razılaşma əldə edilməlidir", - deyə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər