Operativ Məlumat Mərkəzi

Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdərir - YENİLƏNİB

2 dəq
Paylaş:
Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdərir - YENİLƏNİB
bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. “Tərəflər xüsusilə Brüssel formatında Ermənistan-Azərbaycan danışıqlarında...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Tərəflər xüsusilə Brüssel formatında Ermənistan-Azərbaycan danışıqlarında əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər”, - məlumatda deyilir.

Həmçinin, Qriqoryan və Klaar Qarabağ ətrafındakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.

10:01 ***

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yenidən Ermənistana səfər edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə özünün "Twitter" hesabında məlumat verib.

“Liderlərin Münhen görüşlərindən sonra bir sıra məsləhətləşmələr üçün regiona qayıdıram. İrəvandan başlayıram. Səhər yaxşı görüşlər gözləyin”, - deyə Avropa rəsmisi yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər