Avropa İttifaqının (Aİ) Gürcüstana namizəd statusu verməsi ölkədə böyük ruh yüksəkliyi ilə qeyd olunub.
"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Paytaxt Tbilisidə küçələrə çıxan insanlar bu qərarı müxtəlif tədbirlərlə qeyd ediblər. Tbilisinin mərkəzinə toplaşan minlərlə insan qərardan sonra keçirilən bayram proqramına qatılıb.
Tədbirdə Gürcüstanın Baş nazir İrakli Qaribaşvili də çıxış edib. Aİ-nin qərarının tarixi bir qərar olduğunu bildirən Qaribaşvili, "Bu tarixi qələbə bizim yenilməz, sarsılmaz, qürurlu və azadlıqsevər gürcü xalqına məxsusdur",- deyə qeyd edib.