Avropa İttifaqı Şurası Maqdalena Qrononu Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndə təyin edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, M.Qrono səlahiyyət müddəti avqustun 31-də başa çatacaq Toivo Klaarı əvəz edəcək və o, sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.
"O, BMT və ATƏT ilə sıx koordinasiya şəraitində Gürcüstandakı böhran da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə və Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verəcək",-məlumatda qeyd olunub.