Əsas məzmuna keç

Aİ liderləri seçkilər öncəsi Gürcüstana sərt mesaj hazırlayır

Aİ liderləri seçkilər öncəsi Gürcüstana sərt mesaj hazırlayır

Avropa İttifaqının (Aİ) liderləri Gürcüstana xəbərdarlıq etməyə hazırlaşır ki, respublika hökuməti ölkənin siyasi birləşmə yolunu təhlükə altında qoyur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq bəyanat Gürcüstanda seçkilərə az qalmış, oktyabrın 17-18-də Brüsseldə keçiriləcək Aİ sammitinin yekun layihəsində yer alıb.

Sənəddə qeyd edildiyi kimi, Tbilisi 2023-cü ilin sonunda Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb, lakin hakim “ arzusu” partiyasının ritorikası və hərəkətləri Avropa paytaxtlarında narahatlıq yaradır.

Aİ-nin sənədi Birliyin gürcü xalqını Avropaya gedən yolda dəstəkləməyə hazır olduğunu təsdiq edir, eyni zamanda Gürcüstan hakimiyyətinin fəaliyyət planı ilə bağlı ciddi narahatlığını bir daha təkrarlayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…