Əsas məzmuna keç

Aİ investisiya cəlb etmək üçün qaydalarını dəyişir

Aİ investisiya cəlb etmək üçün qaydalarını dəyişir

müvafiq olaraq Aİ rəqəmsal vergi idarəsinin birgə sertifikatı hazırlanacaq. Bu sertifikatla vergi tutmalarının azaldılması əməliyyatları daha sürətli və...

Avropa İttifaqı (Aİ) sərmayələri artırmaq və kapital bazarını yaxşılaşdırmaq üçün tutulması sistemini dəyişməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediya istinadən xəbər verir ki, müvafiq olaraq Aİ rəqəmsal vergi idarəsinin birgə sertifikatı hazırlanacaq. Bu sertifikatla vergi tutmalarının azaldılması əməliyyatları daha sürətli və səmərəli həyata keçiriləcək.

Müxtəlif Aİ ölkələrində investisiya portfeli olan şəxslər eyni təqvim ili ərzində bir neçə gəliri geri almaq üçün yalnız bir rəqəmsal vergi rezidentliyi sertifikatından istifadə edəcəklər.

Aİ ölkələri arasında fərqli olan vergi prosedurları standartlaşdırılacaq. Üzv ölkələr iki vergi tutma arasında seçim edəcəklər.

Yeni tutulan vergi sistemi ədalətli vergitutmanı təşviq edəcək, vergidən yayınmaya qarşı mübarizəni gücləndirəcək və Aİ ölkələrində investisiyaları dəstəkləyəcək.

Yeni qaydaların üzv dövlətlərin təsdiqindən sonra 2027-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…