Aİ-də yaşayan yəhudi əsilli insanların əksəriyyəti Aİ-də antisemitizmin davam etməsi səbəbindən kimliklərini gizlətmək məcburiyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Aİ-nin Əsas Hüquqlar Agentliyinin (FRA) məlumatları sübut edir.
Avropadakı yəhudilər yüksək səviyyədə antisemitizmlə üzləşməyə davam edir. Antisemitizm Aİ-də davam edir və yəhudilərə həm onlayn, həm də oflayn təsir göstərir. Təhlükəsizlik narahatlıqları və tez-tez təqib hadisələri bir çox insanı yəhudi kimliyini gizlətməyə vadar edir.
Açıqlamada, Aİ-də yaşayan yəhudi əsilli insanların yüzdə 76-nın “özlərini təhlükəsiz hiss etmədikləri üçün” “yəhudi kimliklərini gizlətdikləri” ifadə edilir.
Eyni zamanda, respondentlərin 80 faizi sorğudan əvvəlki son beş ildə onların ölkələrində antisemitizmin artdığı qənaətindədir.
Burada vurğulanır ki, respondentlərin əksəriyyəti öz təhlükəsizlikləri (respondentlərin 53%-i) və ailələri (60%) barədə narahat olmağa davam edir.
Agentliyin illərlə apardığı araşdırmalar göstərdi ki, Aİ-də antisemitizm “Yaxın Şərqdə gərginlik dövründə artmağa meyllidir”.
Sorğu Avstriya, Belçika, Çexiya, Danimarka, Fransa, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Polşa, Rumıniya, İspaniya və İsveçi əhatə edib. Araşdırma 2023-cü ilin yanvar-iyun ayları arasında yəhudi əsilli təxminən 8 min Aİ sakini arasında aparılıb.