Əsas məzmuna keç

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata...

Ağsuda narkotik istifadəçisi olan sürücü olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Ağsu Rayon Şöbəsinin Dövlət Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Toyota” markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyənləşib.

F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…