Əsas məzmuna keç

Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

hadisə rayonun Kalva kəndində qeydə alınıb. Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn...

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Nəsib oglu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oglu, 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.

***

Ağsuda güclü sel ekskavatoru aşırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Kalva kəndində alınıb.

Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət ekskavatordan Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…