Operativ Məlumat Mərkəzi

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

1 dəq
Paylaş:
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat...

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"ə bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər