Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır - ADLAR - YENİLƏNİB-5

Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır - ADLAR - YENİLƏNİB-5
29.04.2023 17:21
Aa
dəq

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

Xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətləri stabildir.

16:50***

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir.

Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.

Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Qəza nəticəsində yaralanan şəxslərdən iki nəfəri də ANAMA əməkdaşlarıdır.

15:39***

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunlar 1999-cu il təvəllüdlü Xəlilov Orxan, Vəliyev Sənan, Şərifova Aydan, Şərifov Raul, Şərifov Ramin, İsgəndərova Günay, İsgəndərova Şölə və İsgəndərov Emindir.

Yaralıların müalicəsi Ağstafa Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir. 

14:54***

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək

14.36***

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir.

İlkin məlumatlara görə, 4-ü uşaq olmaqla 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

14.20***

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu