Əsas məzmuna keç

Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib

Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib

Ağdərə ərazisində silah-sursat və döyüş texnikası müsadirə edilib. Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"ə  Müdafiə Nazirliyindən məlumat verilib....

Ağdərə ərazisində silah-sursat və döyüş texnikası müsadirə edilib.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölgəsində silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat və müxtəlif təyinatlı döyüş texnikasının müsadirə edilməsi üzrə tədbirlər davam etdirilir.

Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib. Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif ağır artilleriya və tank mərmiləri, tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib.

Bundan başqa qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…