Ağdərə rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduğuna görə ləğv olunmuşdu. Ona görə də Ağdərə rayonunun əraziləri Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölünmüşdü. İndi isə bütün ərazilərimizdə suverənlik təmin edilib və Ağdərə rayonunun köhnə ərazilərini özünə qaytarmaqla rayonun statusu bərpa olunur.
Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Azər Badamov bildirib.
Ağdərə rayonunun böyük kənd təsərrüfatı potensialı var. İşğaldan azad olunmuş rayonların, o cümlədən Ağdərənin iqtisadi potensialından düzgün istifadə olunması ümumi ölkə iqtisadiyyatının güclənməsinə töhfə verəcəkdir.
Bu gün dünyanı ən narahat edən məsələ qlobal ərzaq təhlükəsizliyi ilə bağlıdır. Ağdərənin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə də töhfə verəcəyini hesab edirəm.
Aminə Nəzərova