Operativ Məlumat Mərkəzi

Ağdamda partlamamış döyüş sursatları aşkarlanıb

1 dəq
Paylaş:
Ağdamda partlamamış döyüş sursatları aşkarlanıb
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. Bu barədə "Operativ Məlumat...

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər