Ağdam rayonunun Əfətli kəndində əkin sahəsində patlayış baş verib.
Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, hadisə kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub.
Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.
E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.
Araşdırma aparılır.
14;38***
Ağdamda ekskavator minaya düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.
Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.
E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb. Araşdırma aparılır