Əsas məzmuna keç

Ağcabədidə iki nəfər öldürülüb, cinayət işi başlanıb

Ağcabədidə iki nəfər öldürülüb, cinayət işi başlanıb

Yuxarı Qiyaməddinli kəndində Şaiq və Həsən Mamedovlar bıçaqlanaraq qətlə yetirilib. Əliniyaz Əliyev şübhəli şəxs kimi saxlanılıb. Qanlı hadisənin təfərrüatları:

ru en

Aprelin 26-da Ağcabədi rayonunun Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ağcabədi rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedov və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə başlanıb.

Əliniyaz iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…