Əsas məzmuna keç

Kanalda batan 91 yaşlı kişinin meyiti tapılıb, yeniyetmənin axtarışı aparılır

Kanalda batan 91 yaşlı kişinin meyiti tapılıb, yeniyetmənin axtarışı aparılır

Hacıqabulda kanalda batan 91 yaşlı kişinin meyiti tapılıb. FHN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Şirvan...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Hacıqabulda kanalda batan 91 yaşlı kişinin meyiti tapılıb.

FHN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, kanalının rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində iki nəfər batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.

Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlu və 2008-ci il təvəllüdlü Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.

A.Əmirovun axtarışına FHN-nin Aran Axtarış qrupu cəlb olunub.

Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…