Rusiya ilə düşmənçiliyin necə inkişaf etməsindən asılı olmayaraq, ABŞ Kiyevi dəstəkləməyə davam edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən yazır.
Kirbi brifinqdə deyib: “Bu müharibənin nə vaxt bitməsindən, necə bitməsindən asılı olmayaraq, Ukraynanın hələ də Rusiya ilə uzun sərhədi və qanuni təhlükəsizlik ehtiyacları olacaq”.