Afrikanın ən qədim sinanqoqunun yaxınlığında atışma olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tunisdə qeydə alınıb.
Belə ki, Tunisin Cebra adasındakı Qriba sinaqoquna həcc zamanı atışma baş verib.
Cinayəti törədən şəxs sinaqoqun mühafizəçisi olub. Bələ ki, cinayətkar əvvəcə digər mühafizəçiyə ardında isə ziyarətçilərə atəş açıb. Sonda isə özünü güllələyərək hadisə yerində dünyasını dəyişən qatilin cinayəti törətmə səbəbi bəlli olmayıb.
Öldürülən ziyarətçinin Fransa vətəndaşı olduğu məlum olub. Bundan başqa 4 ziyarətçi və 5 təhlükəsizlik işçisi yaralanıb.
Xatırladaq ki, bu Qriba sinaqoqunda törədilən ilk təxribat deyil.