Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

2 dəq
Paylaş:
Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

İyunun 16-da Paris şəhərində Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi doktor Nasser bin Həməd Al Hinzab ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə UNESCO çərçivəsində çoxtərəfli , mədəni irsin qorunması, mədəniyyətlərarası dialoq və humanitar təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığa verdiyi önəmi vurğulayaraq ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Tərəflər UNESCO platformasında qarşılıqlı maraq doğuran , üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və mədəniyyətin əməkdaşlığın inkişafındakı rolu barədə fikir mübadiləsi aparıblar.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax