Əsas məzmuna keç

Adanada meşə yanğınları başlayıb

Adanada meşə yanğınları başlayıb

əraziyə yanğınsöndürənlər cəlb edilib. Məlumata görə, yanğın yerli vaxtla saat 16:30 radələrində naməlum səbəbdən baş verib. Ətrafdakı insanların verdiyi...

Türkiyənin bölgəsinin Çukurova rayonunda meşədə yanğın başlayıb.

"Report" xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, yanğın yerli vaxtla saat 16:30 radələrində naməlum səbəbdən baş verib.

Ətrafdakı insanların verdiyi məlumatlar əsasında Region İdarəsinə aid helikopterlər və çoxlu sayda su çiləyiciləri bölgəyə sövq edilib. Ekipajlar alova nəzarət etmək üçün havadan və qurudan işlərini davam etdirir.

Yanğınla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bu gün Muğlanın Marmaris rayonunda da meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün havadan və yerdən müdaxilələrə başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…