Abşeronda narkokuryerdə 3 kq narkotik aşkarlanıb

Abşeronda narkokuryerdə 3 kq narkotik aşkarlanıb
15.07.2024 14:45
Aa
dəq

Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, tədbir zamanı əvvəllər qəsdən sağlamlığa zərər vurma və quldurluq cinayətlərinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Tamerlan Rəsulov saxlanılıb. Onun üzərindən və avtomobilindən 3 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan 2 ədəd tərəzi aşkarlanıb. T.Rəsulov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotiklərin bir hissəsini əvvəlcədən müəyyənləşdirilmiş yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş, digər hissəsinin isə satışını həyata keçirəcəkmiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu