Operativ Məlumat Mərkəzi

Abşeronda evdən oğurluq edilib

1 dəq
Paylaş:
Abşeronda evdən oğurluq edilib
Abşeronda evdən 12 min manatlıq qızıl və 2 min manat oğurlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat...

Abşeronda evdən 12 min manatlıq qızıl və 2 min manat oğurlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ceyranbatan qəsəbəsindəki evlərin birindən 2000 manat pul və dəyəri 12 min manatdan çox olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Nəsir Nəsirli saxlanılıb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər